Ubuntuda Primary Partition Genişlətmə


Bu yazını əslində əvvəl yazdığım `Ubuntu’da Low Graphics Mode error və VirtualBoxda HardDisk genişlətmə` yazısının davamı olaraq yazacağam. Bunu Ubuntunu virtual vəya fiziki olaraq işlətməyimizdən asılı olmayaraq tətbiq edə bilərik. Əgər primary partition`un ölçüsü kiçikdirsə VM`i (Virtual Machine) söndürərək harddisk faylımızın ölçüsünü böyüdə bilərik. Əlbəttə bunu fiziki olaraq etmək üçün kompyuterə yeni harddisk əlavə etməli olacağıq. 🙂

Harddiskin ölçüsünü böyütdükdən sonra bu partition sistemdə unallocated sahə olaraq qarşımıza çıxacaq. Bu sahəni həm ayrılıqda mount edərək həm də primary partitiona əlavə edərək istifadə edə bilərik. Ubuntuda on-line olaraq primary partitionun ölçülərini dəyişmək üçün fdisk komandasını istifadə edə bilərik. `fdisk /dev/sda` ilə programa giriş edirik. Bunun üçün root istifadəçi səlahiyyətlərində olmalıyıq. Fdisk ilə partitionları yenidən düzənləmək ümumiyyətlə fdiski necə istifadə etməklə bağlı ətraflı məlumat üçün `How to expand the root filesystem of a 12.04 Ubuntu running inside VMWare Player` məqaləsinə baxmağı tövsiyə edirəm. Həmçinin fisd ekranında “m”ə basaraq fdisk ilə görə biləcəyimiz işlərə baxa bilərik.

root@alisettar-VirtualBox:~# fdisk /dev/sda

Command (m for help): m
Command action
a   toggle a bootable flag
b   edit bsd disklabel
c   toggle the dos compatibility flag
d   delete a partition
l   list known partition types
m   print this menu
n   add a new partition
o   create a new empty DOS partition table
p   print the partition table
q   quit without saving changes
s   create a new empty Sun disklabel
t   change a partition's system id
u   change display/entry units
v   verify the partition table
w   write table to disk and exit
x   extra functionality (experts only)

Partitionları düzəltdikdən sonra `System Settings-Details-Disk`dən diskin ölçüsünə baxsanız primary partitionun hələ də köhnə ölçüsündə qaldığını görə bilərik. Primary partitionu böyütdükdən sonra File Systemin də ölçülərini böyütmək üçün sudo resize2fs /dev/sda1 komandasını tətbiq etməliyik. Nəzərə almaq lazımdır ki burada sda1 primary partitionu ifadə etməkədir. Bu qədər. İndi file systemin ölçüsü primary partitionun ölçüsünə bərabər olmalıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: